Ötən gün vəkil Misir Şahquliyevin cinayət məsuliyyətinə cəlb edilməsi haqda məlumat vermişdik. Sonradan vəkil açıqlama yayaraq xəbərimizin tamamilə yalan olduğunu iddia etdi.
İndi də Baş Prokurorluq rəsmi məlumat yayıb:
“Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulmuş və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir”.