Ölkədə acınacaqlı durum hökm sürür. Fevralın 7-si prezident seçkiləri keçiriləcək. Onsuz da seçkinin nəticəsi bəllidir. Prezident İlham Əliyev ölkəni yenidən idarə edəcək. Bu dəfə çox böyük səs çoxluğu ilə.
Həqiqətən namizədlər arasında İlham Əliyevə rəqib və alternativ olan şəxs yoxdur. Seçki nəticələrinin gün kimi aydın olması prezident İlham Əliyevin 93-95% səs alacağına indidən proqnoz etmək çətin deyil.
Ən dəhşətlisi özünü müxalifət adlandıran namizədlər yaltaqcasına ölkə başçısına vəkillik edirlər. Sizin bu cür çıxış etmənizə ölkə başçısının ehtiyacı da yoxdur. Bu cür rəzil çıxışlardan bir daha özünüzün nə qədər cılız və qorxaq olduğunuzu bir daha xalqa göstərmiş olursunuz.
Özünü müxalifət adlandıran namizədlərdən biri də olsa, özündə cəsarət və iradə tapıb xalqın problemləri barəsində bir söz deyə bilmir.
Sosial problemlərdən əzilən, ölkədə müstəqil məhkəmənin olmadığı, təhsil və səhiyyə sisteminin məhv olduğu, insan haqlarının və söz azadlığının olmadığı, 300-ə yaxın siyasi məbusun olduğu, 30-a yaxın jurnalist və blogerin həbsdə qalması bu ölkənin kasıb və dilənçi xalqı yoxsul yaşamağa məhkumdur.
Ən maraqlısı isə efirlərdə pafoslu çıxışlar edən və sanki xalqın dərdinə acıyan digər müxalifət partiya rəhbərlərinin seçkidə iştirak etməmələridir. Hanı Real partiyası rəhbəri? Hanı Ümid partiyası rəhbəri? Hanı (VİP) Əli Əliyev? Hələ AXCP, Müsavatı demirəm. Demirsiz, diktatura hakimiyyəti? Avtoritar rejim? Çıxın da ortaya.
Əslində özlərini *ana müxalifət* adlandıran "liderlər" özləri də yaxşı bilir ki, xalq arasında heç bir nüfuzları yoxdur.
Özlərini müxalifət partiyası kimi xalqa sırımağa çalışan qorxaq "liderlər", ən yaxşısı siz siyasəti tərk edib xalqa daha faydalı ola biləcək peşə ilə məşğul olsanız daha yaxşı olar.