Əziz oxucular!
Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq ölkəmizin hər yerində tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir.
Bu xeyirxah aksiyaya dəstək olan Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən də rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. O cümlədən aztəminatlı ailələrə də baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırılır.
Qeyd edək ki, aksiyada Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlu da yaxından iştirak edir.
“respublikaxeber.az” saytının baş direktoru Elyaz Gülüyev və “Atatv.az” saytının baş direktoru Rəsafil Bayramov şəxsən Nəsimi RİH-in bu təşəbbüsü ilə maraqlanmaq üçün həmin ərazinin sakinlərindən müsahibə alıblar. Çoxsaylı sakinlərin təşəkkürlərindən bir neçəsi videolentə alınıb.
Hörmətli oxucular!
Bildiyiniz kimi, hazırda müsəlman dünyasının müqəddəs hesab olunan Ramazan ayındayıq. Bu ayda edilən hər bir xeyir əməl insana savab qazandırır. Savablarımızın bol olması diləyilə! Tanrı hər birimizi qorusun!
Daha ətraflı videosüjetdə:
Mənzər Qurbanova
"respublikaxeber.az"