Səbail Rayon Məhkəməsində Kanal-13 Youtube layihəsinin rəhbəri Əziz Orucovun barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılmasına dair vəsatətə baxılıb.
Vəkil Bəhruz Bayramov Turan-a bildirib ki, müdafiə tərəfi vəsatəti onun ittiham edildiyi hərəkətlərdə cinayət tərkibinin olmaması ilə əsaslandırıb.
Digər tərəfdən, hətta Orucovun cinayət məsuliyyətinə cəlb edilməsi əsaslandırılmış olsaydı belə, istintaq müddətində onu həbsdə saxlamağa ehtiyac yoxdur, vəkil deyib.
Vəkilin sözlərinə görə, istintaq Orucovun azadlıqda olarkən gizlənə biləcəyinə və ya istintaqa mane ola biləcəyinə dair əsaslı sübutlar təqdim etməyib.
Orucov özü cinayət işini peşəkar jurnalist fəaliyyətilə əlaqələndirib.
Bayramov əlavə edib ki, Orucov anasının pensiya kartının bloklanmasından hiddətlənib.
Digər vəkil Aqil Layıc Turan-a bildirib ki, məhkəmə prosesi zamanı müdafiəçilərin Orucovla ünsiyyət məxfiliyi pozulub.
Belə ki, mühafizəçilər şüşə qəfəsin qarşısında dayanıblar və vəkillərin Orucovla danışmasına imkan verməyiblər.