ADR partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu həyat yoldaşı ilə birlikdə DİN - Baş Müştəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb. Qubad bəyin saxlanılması siyasi sifarişdir.
Qubad bəyin hazırda özünün iştirakı ilə ofisində axtarışlar aparıldığı bildirilir. Barəsində cinayət işi açılıb. Cinayət işinin motivi məlum deyil.
Qeyd edək ki, ADR -in Sədri Qubad İbadoğlu 13.30 da Novxanıdakı bağ evindən xanımı ilə birlikdə Sumqayıta bazarlığa getmişdilər. Sumqayıt dairəsində Qubad bəyin idarə etdiyi maşını yolda saxlayaraq xanımı ilə birlikdə naməlum istiqamətə aparılıblar.
Artıq bəlli vaxt keçmis ,ailə üzvləri narahatdırlar. Qubad bəy və xanımından xəbər almaq mümkün deyildir.