İslam yurdu viranədir,hara baxsan
Səfil qaçqın,divanədir,hara baxsan
Şeytanların ,oyununa,qatılmışlar
Nəfsi doymaz,imanı puç,satılmışlar
Nə Qüdüsdə,eşidilmir,əzan səsi
Nə Məkkədən,havalanmır,mizan səsi
Bu ümmətin,baharına,çilə düşüb
Fitnə fəsad,sellənibdi,Nilə düşüb
İllərdi ki,qan ağlayır Əfqanıstan
Hər qarışı,ölüm qoxan,məzarıstan
Bağdad çökmüş,məğrur duran ,bayraq enmiş
Qudrət hanı,yaşam hanı,çıraq sönmüş
Bu qan gölü,dolub artıq,odur sızır
Livanda da,Sudanda da,ölüm hazır
Bax Suriya,başdan başa,xarabadır
Kim tanıyar,görsə əyər,bu haradır
Ayaq yalın,başı açıq,bu yollarda
Taleyi kəm,ac balalar,qalıb darda
Məzhəbçilər,təriqətçi,firqəçilər
Topasaqqal,təraşlanmış,tərs keçilər
İşdə budur,qazancınız,minnətiniz
Viranədir,iki dünya,cənnətiniz
Külə dönmüş,milyonlarla,səadətlər
Xilas etməz,sizi saxta,ibadətlər
Ah yüksəlir,peyğəmbərin,məzarından
Nalə qopur,imamların,güzarından.
Yaşar Şirvani.