USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
105 gündür həbsdə aclıq edən Əlizamin Salayevdən bu gün hakim soruşdu ki, məhkəmədən xahişin nədir? O da belə cavab verdi:
"Məhkəmədən heç bir xahişim yoxdur. Çünki bura məhkəmə deyil, ədalət filan da yoxdur. Bircə istədiyim var, mümkündürsə, zalda olan ailə üzvlərimlə görüşməyə icazə verin. Bəlkə də onlarla son görüşümdür. Bir də dostlarımdan halallıq istəyirəm. Ailəmi də dostlarıma əmanət edirəm. Çünki qohumlarım da sınaqdan çıxmadı..."
Yeri gəlmişkən, "adam da 90 gün, 100 gün aclıq edər? Yalandır..." deyən abırsızlar var. Bu gün məhkəmədə Əlizamin Salayevin durumunu görəndə necə oldusa, həm də o şəxsiyyətsizləri xatırladım...
Aytən Məmmədova