USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Ağdaşda yaşayan siyasi fəal Nüsrət Həsrətli mayın 12-də yerli polis tərəfindən saxlanılıb. Bu barədə Turan-a Həsrətli özü bildirib.
Həsrətlinin sözlərinə görə, onun saxlanılmasına Facebook-da mərhum Azərbaycan prezidenti Heydər Əliyev və ölkədəki qanunsuzluqlar haqqında yazıları səbəb olub. "Şöbədə telefonumu əlimdən alıblar və bütün yazdıqlarımı siliblər, özümü təhqir ediblər", deyə o bildirib.
Fəal saxlanıldıqdan bir neçə saat sonra sərbəst buraxılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə Turan-a bildirilib ki, Ağdaş rayon sakini Nüsrət Həsrətli daxil olmuş müraciət əsasında polis şöbəsinə dəvət edilib və profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.