USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Mayın 3-də Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu Müstəqil Reportyorlar Komitəsini yaradıb. Bu barədə Turan-a sözügedən qeyri-hökumət təşkilatının rəhbəri, hazırda xaricdə olan Avtandil Məmmədov bildirib.
Yeni qurumun təsis edilməsində siyasi məhbuslar - Azel.tv və Nia.az saytlarının rəhbərləri Əfqan Sadıqov və Bəhruz Əliyev iştirak ediblər.
Qurumun təsisçiləri bildiriblər ki, Azərbaycan KİV-in, eləcə də xaricdəki Azərbaycan dilində KİV-in monitorinqini aparacaqlar, jurnalistlərin peşə fəaliyyətindəki maneələri araşdıracaqlar və təzyiqlərə məruz qalanların hüquqlarını müdafiə edəcəklər.