Şəmkirdə intihar hadisəsi olub.
Hadisə Şəmkir rayonunun Seyfəli kəndində baş verib. 61 yaşlı T.Fətəliyeva yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub.
İlkin məlumata görə, T.Fətəliyeva uzun müddətdir sinir xəstəliyindən əziyyət çəkirmiş. Onun məhz bu xəstəlikdən bezərək özünü öldürməsi ehtimal edilir.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırma nəticəsində bilinəcək.
Bu dəhşətdir. Bunun əsas səbəbi hakimiyyətin vətəndaşlarına etimadsızlığı və sosial cəhətdən baxımsızlığıdır. Səfil, dilənçi və yoxsul vətəndaşlar özlərinə qəsd edir. Zəngin neft və qaz ölkəsində yaşayan vətəndaşların tibbi sığortası olsaydı, uşaqlara uşaq pulu verilsəydi, vətəndaşlara kommunal güzəştlər olunsaydı çarəsiz insanlar çıxış yolunu intiharda, oğurluqda, əxlaqsızlıq və narkotik ticarətində axtarmazdı.
Bunun məsuliyyətini isə hakimiyyətdə olan məsul şəxslər daşıyır.