Milli Şura sədri professor
Cemil Hasanli yazır:
Əlzamin Salayev tanıdığım ən fədakar adamlardan biridir. Bu gün onun ev dustaqlığına buraxılması haqqında iddiasına baxılacaq. İddianın təmin edilməsi az ehtimal ediləndir. Çünki bizim ölkədə məhkəmlər ədalət simvolu olmaqdan daha çox rejimin əlində cəza vasitəsinə çevrilib. Məhkəmələrimizdə ədalətin zərrəsi olsaydı Əlzamin bəy həbsdə olmamalı idi. İndi bizim hüquq sistemi qabaqlar geniş yayılmış bir yanıltmaca oxşayır. Həmin yanıltmacda belə bir ifadə vardı: bu tutdu, bu yoldu, bu bişirdi, bu aşırdı. İndi məhkəmələrimiz istənilən işi aşırır.
Əlzamin bəy 52 gündür aclıq edir. Heç bir günah sahibi olmayan adamı diri-diri öldürürlər. Haqqın və ədalətin dəfn edildiyi məmləkətdə 52 gün ətin dırnaqdan ayrıldığı gündür. O düçar olduğu haqsızlığa artıq qorxulu həddə çatmış açlıqla etiraz edir. Bu ölkədə külək hayandan əssə Əlzamini tuturlar. Biz bu fədakar insana azadlıq tələb edirik.