Ölkədə ayrı-ayrı şəxslərin yubileyləri ilə bağlı il başlamadan tədbirlər planı hazırlanır, fərman verilir. 3 aydan da az bir vaxt qalıb lakin Azərbaycan Xalq Cümhuriyyətinin 105 illik yubileyi münasibətilə bir tədbir planı, fərman, sərancam yoxdur.
NƏDƏN ?
O zaman YAP olmayıb deyəmi ?
Onun yaradıcıları qurucu babalarımıza nifrətinizdənmi ?
Bu gün onların yaratdığı ölkəni idarə edirsiniz elə onların yaratdığı bayraqdır başınızın üstündə. Nədən bu qədər nankorluq edirsiz ?
Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində Müstəqil Azərbaycan yaranmışdı. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırır və bu iclasda Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə, İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi.
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu.
1991-ci il 18 oktyabrda Azərbaycan parlamenti qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.
Sənəddə deyilir: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".
Zaur Mahiroğlu