USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan məhkəməsində bir ilk. Nəsimi rayon Məhkəməsi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsasında cinayət təqibini dayandırdı və ona bəraət verildi. Təbii ki, bu da məkəmənin öz qərarı yox, siyasi qərar oldu. Əgər, qanun işləsəydi, bu absurd şikayət heç icraata götürülməməliydi. Hakimiyyət gec ayıldı və bu sərsəm iddianın təmin edilməsinin sonradan separatçılığa hüquq əsaslar yaradacığının fərqində oldu və bu addımı atdı. Bütün siyasi məhbuslara azadlıq!