Almaniyada yaradılmış DAS (Wähle das demokratische Aserbaidschan )) təşkilatı 2018-ci ilin iyun ayında 100-dən artıq Almaniyada və digər Avropa ölkələrində yaşayan siyasi mühacirlər tərəfindən yaradılmışdır.
Təşkilatın əsas məqsədi Azərbaycanda demokratik prosedurlara dəstək vermək, insan hüquqları pozuntularıyla bağlı ictimai məlumatlandırmanı həyata keçirməkdən ibarətdir. Təşkilat öz məqsədinə çatmaq üçün ölkədə baş verən bütün prosesləri izləyir, insan hüquqlarıyla pozuntularıyla bağlı siyasi aksiyalar həyata keçirir, bəyanatlar yayır, beynəlxalq təşkilatlara məlumatlar təqdim edir və s.
Təşkilatın xüsusi fəaliyyətlərindən biri Azərbaycanda siyasi baxışlarına görə həbs edilmiş insanların azad edilməsilə bağlı aksiyalar təşkil etməkdir. Təşkilat yarandığı gündən onun üzvləri Almaniyanın müxtəlif şəhərlərində 100-dan artıq siyasi aksiya, yəni kütləvi mitinq təşkil etmişdir.
Bu mitinq və kütləvi tədbirlərin əsas tələbləri aşağıdakılar olmuşdur:
• Siyasi məhbuslara azadlıq;
• Diktaturaya son;
• Korrupsiyaya son;
• Kürü diplomatiyasına son;
• Enerji maraqlarına insan haqlarının qurban verilməsinə son;
Qeyd edək ki, yaxınlarına qarşı təzyiq edilmiş DAS üzvlərilə bağlı geniş hesabat ictmaiyyətə və beynəlxalq təşkilatlara təqdim olunacaqdir.
Təşkilat (Als Verein) Bochum şəhər məhkəməsinə (Amtsgericht Bochum ) rəsmi qeydiyyata alınmışdır.
Məlumatı hazırladı: Rafig Tamrazov,
Vorsitzender der Sozialpolitische Union "Wähle das Demokratische Aserbaidschan"