Bu gün vəkil Zibeydə Sadıqova 22 gündür aclıq edən Bəxtiyar Haciyevlə görüşüb.
Vəkil vasitəsi ilə xalqa mesaj göndərib: "Mən sonadək aclıq aksiyasını davam etdirəcəm. Xahiş edirəm, mənə aclığı dayandırmağımla bağlı heç kim müraciət etməsin. Təqsirsizəm, cinayət törətməmişəm."-deyə Bəxtiyar xəbər göndərib...
Bəxtiyar Hacıyev qanunsuz həbsinə etiraz olaraq, aclıq aksiyası edərək ölumə doqru gedir.
Qeyd edək ki, Bəxtiyar Hacıyev çəki itirməyə davam edir. Bu gün 71 kq-dır. Həbsdən əvvəl isə Bəxtiyarın çəkisi 84.5 kq idi. Mədə ağrıları güclənib. İstintaq Təcridxanasının həkimi deyib ki, belə gedərsə, onda mədə xorası yaranacaq.
Bundan başqa, başgicəllənmələri artıb, arterial təzyiqi düşməyə davam edir, bu da beyninə təsir edir və onun fəaliyyətində qarşısıalınmaz pozuntulara səbəb ola bilər.”-deyə vəkil Zibeydə Sadıqova bildirib.
İlham Əliyev də bundan çox məmnundur.