Növbəti tapşırıq icraçısı.
Bu gün VİP sədri Əli Əliyevin Apellyasiya Məhkəməsində Sabunçu Rayon Məhkəməsinin 22.11.2022-ci il tarixli hökmündən verdiyi Apellyasiya şikayətinə hakim Elmar Rəhimovun sədrliyi ilə ilkin baxış iclası keçirildi.
İlk olaraq məhkəmə zalına buraxılmamağımızla üzləşdik sonra iməhkəmə zalına 5 nəfər məhdudiyyəti ilə buraxılsaq da məhkə zalı zalı boş idi.
Prosesdə iştirak etməməyimiz məhdudiyyəti Əli Əliyevin etirazından sonra aradan qaldırıldığı məlum oldu.
VİP sədri səhhətindəki problemlər və məhkəmələrə inanmadığını, zatən qərarın nə olacağının göründüyünü bildirərək, növbəti iclaslara gəlməyəcəyini bildirdi. Və bununla bağlı məhkəməyə yazılı ərizə ilə ilə müraciət etdi.
Növbəti baxış iclasları onun iştrakı olmadan keçiriləcək. Əli Əliyevi vəkilləri Togrul Babayev və Shahla Humbatova təmsil edəcəklər.
Növbəti baxış iclası 25.01.2023 saat 15:00-a təyin olundu.