Yanvarın 1-dən etibarən Türkiyə Ermənistana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırıb. Bu barədə Habertürk agentliyi xəbər verib.
Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan da təsdiqləyib.
O xatırladıb ki, yükdaşımaların yaradılması Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında iyul görüşündə əldə olunan razılaşmalardan biridir.
"Biz gözləyirik ki, növbəti saziş də - üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarının təmin edilməsinə dair, mümkün qədər tez həyata keçiriləcək", - Hunanyan bildirib.
Xatırladaq ki, bu qadağa hələ 90-cı illərdə Qarabağ münaqişəsi ilə bağlı Ankara tərəfindən qoyulmuşdu. Eyni zamanda iki ölkə arasında quru sərhədi də bağlanmışdı.