"Müdafiə xətti" 4 yanvar tarixində Gürcüstan səfirliyi qarşısında aksiya keçirəcək
Gürcüstanın üçüncü prezidenti, Gürcüstanda həyata keçirdiyi islahatlar ilə bütün postsovet məkanında bədnam sovet irsinə ağır zərbə vuraraq çağdaş cəmiyyət quruculuğu prosesinə ən böyük töhfə vermiş Mixail Saakaşvilinin həyatı təhlükədidir.
Rusiyalı məşhur hüquq müdafiəçisi Mark Feyqin və Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç Mixail Saakaşviliyə dəstək üçün beynəlxalq aksiya elan ediblər. Arestoviç və Feyqin Saakaşvilinin taleyinə biganə olmayanları yanvarın 4-də Gürcüstanın dünyanın müxtəlif ölkələrindəki səfirliklərinin önünə çıxaraq Saakaşviliyə azadlıq tələb etməyə çağırıblar. Feyqin və Arestoviçin #save Misha (Mişanı xilas et) təşəbbüsünə qoşularaq Gürcüstan hökumətindən Mixail Saakaşvilini azad etməyə çağırıram.
#saveMisha