USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 68 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Foto.info.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 511 nəfər müalicə olunaraq sağalıb, 9 min 986 nəfər vəfat edib. Aktiv xəstə sayı 373 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1475, bu günə qədər isə ümumilikdə 7 milyon 394 min 585 test icra olunub.