İranın daha bir əyalət mollası Azərbaycana dil uzadıb
"Azərbaycan Respublikası İran mədəniyyətinin və kimliyinin bir parçasıdır".
İranın “shabestan.ir” saytı yazır: "İranın Gilan əyalətinin Astara şəhərinin cümə imamı Məhəmməd Cavad Baqiri Urumi Azərbaycan Prezidentinin son günlər İran İslam Respublikasına qarşı "qeyri-adi davranışı və qəribə bəyanatlarına" toxunaraq iddia edib: Azərbaycan Respublikası İran mədəniyyətinin və kimliyinin bir parçasıdır və heç kim İslam Respublikası kimi Azərbaycana rəğbət bəsləyə və xeyirxah ola bilməz. Əliyev Amerika və avropalıların pis niyyətindən dərs almalı və yenidən İrana dostluq əli uzatmalıdır və şübhəsiz ki, iki köhnə qonşu regiondakı vəziyyəti daha yaxşı idarə edə və yad qüvvələrin acgözlüklə uzatdığı əllərini kəsə bilər.”