Bakıda 11 il əvvəl qətl törətməkdə təqsirləndirilən Əhəd Salahovun məhkəməsi başlayır. Foto.info.az "Report" xəbər verir ki, onun cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə 2011-ci il oktyabrında Xətai rayonu, NZS qəsəbəsi ərazisində qeyd alınıb.
Belə ki, Ə.Salahov dava zamanı yaxın dostluq, eyni zamanda qohumluq əlaqələri olan Firudin Məmmədovla birlikdə Bakı sakini İlkin Qurbanovu bıçaqlayaraq öldürüblər.
İstintaqla məlum olub ki, Ə.Salahov İlkini öldürmək üçün Firuddin Məmmədovla birgə qətl planı qurublar.
Həmin il noyabrın 4-də F.Məmmədov avtomobilində sol dirsək oynağının ön səthini iti kəsici alətlə kəsərək intihar edib.
Ə.Salahov 2022-ci il avqustun 24-də polis tərəfindən saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (Qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunur.