USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Estoniyanın Müdafiə Nazirliyinin məlumatına əsasən NATO-nun 1-ci Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya çatıb.
Nazirliyin rəsmisi anett Moranq deyib ki, "Biz Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün buradayıq".
Tallin limanında dayanan NATO gəmiləri qrupuna Niderland freqatı, həmçinin flaqman "HNLMS Tromp" (F803), Danimarka freqatı "HDMS Esbern Snare" (F342) və Norveç tankeri "HNoMS Maud" daxildir.
Gələn həftə gəmilər Finlandiyaya yola düşəcək və burada "Ice Winds 22" beynəlxalq dəniz təlimində iştirak edəcəklər.