Şimali və Cənubi Koreya arasında baş vermiş birinci Koreya müharibəsindən sonra ilk dəfə olaraq hər iki ölkə qarşı tərəfə dəniz sərhədlərini pozan ballestik raket atıb.
Cənubi Koreyanın verdiyi məlumata əsasən Pxenyan tərəfindən çərşənbə günü yerli vaxtla saat doqquzda buraxılan qısa mənzilli ballistik raket dəniz sərhədindən 26 km cənuba və Sokço şəhərindən təxminən 60 km şərqə düşüb.
Rəsmi Seul Şimali Koreya tərəfindən atılan raketinin “qəbuledilməz” olduğunu bildirərək onun ərazisi bütövlüyünə və suverenliyinə təhdid kimi qiymətləndirib. Buna cavab olaraq Şimali Koreya istiqamətinə üç “yer-hava” raketi atıb.
Rəsmilərin məlutatına görə, atılan raketlər Şimali Koreya ilə dəniz sərhədi xəttindən oxşar eyni məsafəyə düşüb.