USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“SOFEX-2022” Xüsusi Əməliyyat Qüvvələri Sərgi İordaniya Haşimilər Krallığında keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “SOFEX-2022” Xüsusi Əməliyyat Qüvvələri Sərgi və Konfransında iştirak etmək üçün İordaniya Haşimilər Krallığında səfərdədir.
İki ildən bir təşkil olunan “SOFEX-2022” sərgisində dünyanın 38 ölkəsindən 300-dən artıq iştirakçı, 70-dən çox rəsmi nümayəndə heyəti, 400-dən çox hərbi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Sərginin açılış mərasimində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn iştirak edib.
“SOFEX-2022” 13-cü Xüsusi Əməliyyat Qüvvələri Sərgisi işini noyabrın 3-dək davam etdirəcək.