İsti yay günləri davam etdikcə turistlərin ölkəmizə axını davam edir. Xüsusən kövhəz ölkələrinin vətəndaşları Azərbaycanı üstün cəhətlərinə görə digər ölkələrdən fərqləndirərək səyahətlərini vətənimizə salır. Amma...
Azərbaycan hökuməti bəzi ölkə vətəndaşlarına bir başa aerportda viza rüsumu ödəməklə səlahiyyət müddəti 1 ay olmaqla əyahət vizası alma imkanı yaradıb. Bu ölkə vətəndaşlarını asan şəkildə öz vizalarını ala bilirlər. Yeni yaradılmış https://evisa.gov.az/ "asan visa" sistemini bu sahədə böyük uğur saymaq olar.
Problem isə turistlərin xüsusən ərəblərin ölkəyə gəldiklərindən sonra baş verir. Ağılasığmaz miqrasiya qanununa əsasən viza ilə ölkəyə gələn istənilən əcnəbi vətəndaş 15 gündən çox ölkədə qalarsa qeydiyyata durması vacibdir. Bu qaydaları pozan turistlər 300-401 AZN cərimə, və ya 1 ildən 5 ilə kimi deport olunur. Bu ağılasığmaz və məntiqsiz qanunu görəsən kim icad edib? Bu qərarı qəbul edən şəxsin məqsədi nədir?
Nə təyyarədə, nə aerportda turistlərə deyilmir ki, qeydiyyata düşməyiniz vacibdir. Hansı ki ölkəmizə gələn hər kəs səyahət günündən asılı olmayaraq sığotralanmalı və qeydiyyata alınmalıdır. Otellərin əksəriyyəti vergilərdən yayınmaq üçün üzərinə düşən öhtəliyi yerinə yetirmir. Yalnız qonaqların tələbi olarsa onları miqrasiya qeydiyyatına alır. Bu cür hallar statistik hesablamalar və gəlirlər baxımından dövlətimizə zərər gətirir.
Əgər turist 1 aylıq vıza alırsa ölkədə rahat şəkildə səyahətini və istirahətini davam etməlidir. Qonşu Gürcüstan ərəb turistlərə bir illik qeydiyyatsız oturum izni verir. Bizim "ağıllılar" – miqrasiya xidməti 15 gün təyin edib. Bura pis niyyətlə gələn xarici ölkə vətəndaşları 15 gün ərzində də öz çirkin əməllərini rahat şəkildə həyata keçirə bilirlər.
Hökumət bu məntiqsiz siyasətinin yerinə yaxşı olardı ki, qarşılıqlı şəkildə kovhəz olkələrinə viza siyasətini tətbiq etsin. Azərbaycan vətəndaşı BƏƏ –nə səfər etmək üçün 95-100 dollar viza rüsumu ödəyir. Səudiyyə Ərəbistanı Krallığı isə 160 dollar viza rüsumu tələb edir.
Arzu edərdik ki, milləti sevən, xalqı düşünən vətənpərvər məmurlar heç olmasa vətəndaşlarımızı düşünsün. Ümid edirik ki, qeyd etdiyimiz dövlət qurumu məntiqsiz qərarında düzəliş edəcək. Bəlkə bizlər də dəyişiklərdən faydalana bildik. Quru sərhədlərin açılması qərarını verəcək. sosial durumu ağır olan vətəndaşlarımız ərzaq və geyim təlabatını qonşu ölkələrə quru yolla səfər etməklə qarşılayacaq.
Çox bahalı təyyarə biletlərinə gəldikdə isə...