USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Braziliyalı futbol əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putindən Ukraynaya təcavüzə son qoymasını xahiş edib.
Bu barədə özünün sosial şəbəkə hesabında foto yayımlayıb. "Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur. Bu münaqişə şərdir, əsassızdır və xalqa ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir. Biz bunu dayandırmalıyıq", - Pele bildirib.
Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşüblər. Rusiya Prezidenti daha sonra Peleni sevimli oyunçularından biri adlandırıb.