Azərişıq əhalinin cibinə girmənin asan yolunu tapıb. Belə ki, Azərişıq ASC-nin rəhbərliyi tərəfindən bütün rayon və qəsəbələrə verilən göstərişə əsasən, abonentlərin hər ay sayğacların vaxtında oxunulması gecikdirilir. Aylıq periodun 30 gün nəzərdə tutulmasına baxmayaraq, sayğaclar 36-40 gündən sonra oxunur. Belə olduğu halda 30 gün ərzində istifadə olunan elektrik enerji sərfiyyatı vaxtında hesablanmasına görə müəyyən olunan güzəştli limiti abonent keçir. Nəticədə isə sərf olunan enerji ikinci və üçüncü limit tarifi ilə hesablanaraq vətəndaşa ziyan vurulur.
Tarif Şurasının yeni qərarında üç kateqoriya yaradılır.
200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts,
200 kVts - 300 kVts arası 9 qəpik/kVts,
300 kVts-dan yuxarı isə 13 qəpik/kVts
Müasir texnologiyanı nəzərə alsaq əminliklə deyə bilərik ki, ağıllı sayğacların oxuma tarixlərinə müdaxilə etmək mümkündür. Qeyd olunan çekdə son oxuma tarixi 08.05.2022 göstərilib. Lakin real olaraq çek vətəndaşa 10.05.2022-ci il tarixində təqdim olunub.
Birincisi 08.05.2022-ci il tarixi bazar günüdür. Qeyri iş günündə ASC əməkdaşları işləmir. İkincisi isə həmin tarixdə əməkdaş əraziyə gəlməyib. Demək ki, istənilən tarixi çekə yazmaq mümkündür.
Əhalinin aşağı təbəqəsinin əksəriyyəti 30 gün ərzində 200 kVts enerji istifadə edir. Limit keçdiyindən vətəndaşlar məcburən ikinci və üçüncü tarif qiymətilə işıq pulunu ödəməli olurlar. Sayğacların vaxtında oxunmaması yalnız oğru və korrupsioner Azərenerji ASC sərf edir. Milyonlarla manatı əhalidən oğurlayır. Vətəndaşların cibinə girən bu oğru dövlət təşkilatının korrupsiya əməllərinə isə müvafiq qurumlar susur.
Bu korrupsiya əməllərindən təkcə sakinlər deyil, İaşə obyektləri MTK-lar daha çox ziyan görür.