Bundestaqın deputatı, fraksiya sədrinin müavini Aleksandr Lambsdorf Ukrayna “işğal” olacağı təqdirdə “Şimal axını 2”nin dayandırılması hədəsi ilə Rusiyaya təzyiq ehtimalını rədd edib. “Oldenburger Onlinezeitung”un məlumatına görə, bu barədə parlamentari “Funke” media qrupuna müsahibəsində bildirib.
Lambsdorfun qeyd etdiyi kimi, diplomatik danışıqlar “Rusiyanın qonşularına artan təzyiqinin qarşısını almaq üçün” münasib üsuldur. “Təcavüz zamanı görülə biləcək tədbirlər bağlı qapılar arxasında da aydın şəkildə göstərilə bilər.
Kiyev və Qərb ölkələri son vaxtlar Rusiyanın Ukrayna ilə sərhədə “qüvvələr çəkməsindən” narahat olduqlarını bildiriblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Moskva öz ərazisi daxilində və öz mülahizəsinə uyğun olaraq qoşun yeridir - bu, heç kəsi təhdid etmir və heç kimi narahat etməməlidir, eyni zamanda sərhədləri qeyri-sabit regiona malik olan istənilən ölkə lazımi tədbirləri görəcək.