USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Taliblərin Əfqanıstanda hakimiyyəti ələ keçirəcəyini bilirdik, lakin bu qədər tez və döyüşsüz olacağını ehtimal etmirdik.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Con Kirbi deyib.
“Taliblərin ölkəni ələ keçirəcəyi ilə bağlı ABŞ hərbçilərinin proqnozlarının olmamasını söyləmək doğru olmazdı. Bu, tez baş verdi. Hətta biz belə sürətli olacağını gözləmirdik. O dərəcə sürətli idi ki, əfqan hakimiyyəti döyüşsüz təslim oldu”, - deyə Pentaqon rəsmisi bildirib.