“Mövcud hökumətə səs verənlərin əksəriyyəti əslində keçmiş hökumətin geri dönməsini istəməyənlərdir”.
Bu sözləri Koçaryan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Kampaniya çox qısa oldu, çox şey edə bilmədik və xüsusən kənd yerlərində az sayda görüşlər keçirdik. Diqqət yetirdinizsə, səlahiyyətlilər kəndlərdə olduqca böyük nəticələr qeydə aldılar. Biz bu vəziyyəti qıra bilmədik. Yəqin ki, bu inqilabın son gülləsi idi. Amma səlahiyyətli qurumlar əvvəlki kimi davranmağa, repressiyalar və başqalarını qorxutmağa davam edərsə, tezliklə yeni erkən seçkilərlə qarşılaşacağıq”, -deyə o bildirib.
Xatırladaq ki, iyunun 20-də keçirilən erkən seçkilərdən sonra Nikol Paşinyanın partiyası səslərin demək olar ki, 54% -ni toplayaraq böyük fərqlə qalib gəlib.