USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
ABŞ prezidenti Co Baydenin administrasiyası "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılmasını uzadıb.
Bu barədə xarici KİV xəbər verir.
Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur.
Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.