Məşhur aktyor Arnold Şvartsenegger ABŞ-dakı xaos və qanlı Konqres basqını haqda video çəkib.
Kult.az xəbər verir ki, 73 yaşlı Şvartsenegger Tramp tərəfdarlarını faşistlərə bənzədib.
"Mən Avstriyada böyümüşəm və "Büllur gecə" haqda məlumatım var. O gecə Trampın tərəfdarlarına bənzəyən faşistlər yəhudilərə qarşı şiddətə başladılar. Çərşənbə günü isə ABŞ öz "Büllur gecə"sini yaşadı. Qırılan pəncərələr Konqres binasının pəncərələri idi. Onlar nəinki pəncərələri, həm də fikirləri və idealları qırdılar. Amerika demokratiyasına ev sahibliyi edən binanın qapısını sökdülər. Bu ölkənin qurulduğu prinsipləri əzdilər", - deyə Arnold qeyd edib.
Aktyor Trampın tarixə ən pis prezident kimi düşəcəyini deyib və daha sonra "Konan" filmindəki qılıncını çıxarıb.