Belçikada ötən sutkada 361 nəfərə koronavirus diaqnozu qoyulub.
“foto.info.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, eyni dövr ərzində 80 nəfər pandemiyanın qurbanı olub.
Beləliklə, ölkədə pandemiyanın başlanğıcından 50 256 nəfərdə koronavirus aşkarlanıb, 7 924 nəfər isə ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 582 000-i ötüb. Bunların 1 160 080 nəfəri sağalıb, 248 561 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.