USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Müğənni Hadisə koronavirus infeksiyasına görə 20-yə yaxın konsertini ləğv edib.
foto.info.az xarici KİV-ə istinadən xəbər verir ki, 1,5 aydır evdə oturan sənətçi bu günə qədər 1 milyon lirə (təxminən 243 min manat) itirib.
34 yaşındakı pop ulduz karantin günlərində evdə bekar dayanmır. O, gündə 3 dəfə onlayn dərs keçir. Səhərləri pilates və yoqaya başlayan Hadisə, günorta rəqs dərsi, axşam isə musiqi ilə məşğul olur.
İfaçı aktyor sevgilisi Kaan Yıldırımla evdə əyləncəli vaxt keçirdiyini dostlarına deyib.