USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Nikaraqua Vatikanla diplomatik əlaqələri dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, buna səbəb Roma Papası Fransiskin Nikaraqua Prezidenti Daniel Orteqanı "diktator" adlandırması olub. Orteqa Vatikanın paytaxt Manaquadakı səfirliyinin və Romadakı Nikaraqua səfirliyinin bağlanması barədə göstəriş verib.
Qeyd edək ki, 2018-ci ildə Nikarqua daxilində Orteqa hökumətinin sosial təminat islahatlarına qarşı etirazlar baş verib. Müxtəlif mənbələrə görə, etirazların yatırılması zamanı 355 nəfər həlak olub.