Kiyev ABŞ-dan yeni silah növləri, o cümlədən Atacms taktiki ballistik raketləri və dördüncü nəsil F-15 və F-16 döyüş qırıcıları tədarük etməyi xahiş edir.
Bu barədə Ali Radanın sədri Ruslan Stefançukun Ukraynanın infrastruktur obyektlərində baş verən partlayışlardan sonra ABŞ Konqresinə göndərdiyi məktubu oxuyan "Foreign Policy" jurnalı məlumat yayıb. Sənəddən belə çıxır ki, Kiyev ABŞ prezidenti Co Bayden administrasiyasından “təmkinlikdən əl çəkməyi” və 200 mil (322 km) məsafədəki obyektləri vura bilən Atacms raketləri ilə təchiz etməyi xahiş edir.
Stefançukun sözlərinə görə, ABŞ həmçinin prioritet məsələ kimi Ukraynaya NASAMS zenit-raket komplekslərini (SAM) tədarük etməlidir. Bundan əlavə, Kiyev Vaşinqtondan MQ-1C Grey Eagle pilotsuz uçuş aparatları və F-15 və F-16 döyüş təyyarələri tələb edib.