Ukraynanın Krım körpüsünü vurması döyüşün həlledici mərhələsidi. Mariupol istiqamətində Ukrayna qoşunları müdafiə səddini yaracaqsa Xerson və Krımda Rus qoşunları mühasirəyə düşə bilər.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Ötən gün ABŞ Krım körpüsünün vurulmaması üçün Ukraynaya raket verməyəcəyini elan etmişdir. Bu gün Krım körpüsü vuruldu. Bu, Rusiyaya psixoloji və siyasi zərbədir. Bununla da Rusiyanın Ukraynada qələbə simvolu olan Krım körpüsü tarixə qovuşdu:
"Kiyev bununla Krımı azad edəcəyi mesajını verdi. Rusiyanın cavab tədbirləri gözlənilir. Artıq Ukraynanı Rusiyanın heç bir addımları Krıma qarşı hərbi əməliyyatlardan çəkindirə bilməyəcək. Krım körpüsünün vurulması Vaşinqton və Londonda verilən qərardır. Rusiyanın referendum keçirməsinə cavabı, Krım körpüsünün vurulmasıdir".