USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya gələcək yardımın müzakirəsini davam etdiriblər.
“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Ursula fon der Lyayenlə yenidən görüşmək xoşdur. Biz Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdik", - NATO-nun baş katibi deyib.
Stoltenberq həmçinin bildirib ki, NATO-Aİ əməkdaşlığı təhlükəsizlik və sabitliyə töhfə verir.
“Ona görə də biz hesab edirik ki, tərəfdaşlığımızı inkişaf etdirmək üçün yeni Birgə Bəyannaməni razılaşdırmağın vaxtı çatıb”, - Stoltenberq əlavə edib.