USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Buça və Kiyev yaxınlığındakı şəhərlərdə rus qoşunlarının dinc sakinlərin dəhşətli şəkildə qətlə yetirməsinin görüntüləri yayıldıqdan sonra Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.
Bu barədə xarici KİV məlumat yayıb.
Aİ səfirlərinin çərşənbə günü keçiriləcək iclasda yeni məhdudiyyətlər paketini müzakirə edəcəyi gözlənilir.
Aİ-nin bəzi üzvləri tərəfindən irəli sürülən məhdudiyyətlərə daha çox fərdi sanksiyalar, Rusiya gəmiləri üçün Aİ limanlarından istifadəyə qadağa, əlavə ixrac məhdudiyyətləri və Ukraynanın uzun müddətdir saxladığı enerji təchizatına (kömür, neft, qaz) embarqo daxildir.