USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 142 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
COVID-19 infeksiyası ilə əlaqədar 366 363 nəfərin test edildiyi, 36 684 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 638 nəfərin isə bu xəstəlikdən sağaldığı bildirilir.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 130 571 857 peyvənd tətbiq edilib ki, bunun 91,82 faizi birinci, 83,01 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.