Xəbər verildiyi kimi, May ayının 4-dən etibarən, Qax.org.az saytı onlayn sorğu həyata keçirib. “Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin fəaliyyətindən razısızmı?” sualına cavab verən 1203 nəfərin böyük əksəriyyəti 515 nəfəri (43%) Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin heç bir fəaliyyətinin olmaması qənaətinə gəliblər, 135 nəfər (11%) icra başçısının zəif işlədiyini, yalnız 431 nəfər isə (36%) Musa Şəkiliyevin çox yaxşı işlədiyini, 122 nəfər (10 %) icra başçısının normal işlədiyini qeyd ediblər.
Ümumiyyətlə, 10 ildən artıq bir müddətdə Qax rayonu İcra Hakimiyyətinin başçısı işləyən Musa Şaban oğlu Şəkiliyevin Qax sakinləri ilə təmasları minimum səviyyədədir. İcra başçısının Qax sakinləri ilə səmimi təmaslarını əks etdirən hər hansı foto və ya videoya rast gəlmək mümkün deyil. Rayon ərazisində bərbad vəziyyətdə olan məscidlərlə ümumiyyətlə maraqlanmayan Musa Şəkiliyevin fəaliyyəti rayon möminləri tərəfindən də neqativ dəyərləndirilir.
Koronavirus pandemiyası dövründə ümumiyyətlə rayon camaatı arasında görünməyn icra başçısının Qaxın aztəminatlı təbəqəsi ilə maraqlanmadığı, bundan əlavə dövlətin göndərdiyi ərzaq yardımlarının təyinatı üzrə paylanmasına qeyri-ciddi yanaşdığı məlum olub.